"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xırdalanda “Dayanıqlı moda - tekstilin gələcəyi” adlı sərgi açılıb

--2022-03-15 / 06:18

Xırdalan, 12 mart, ətrabə Rzayeva, AZəRTAC

Abşeron rayon Mədəniyyət Mərkəzində Abşeron Rayon icra Hakimiyyəti, Xırdalan şəhər bələdiyyəsi və isveçin Azərbaycandakı səfirliyinin dəstəyi, həmçinin Sumqayıt Regional Mədəniyyət idarəsinin əməkdaşlığı ilə “EU 4Culture” layihəsi çərçivəsində “Dayanıqlı moda - tekstilin gələcəyi” adlı sərgi açılıb.

Qeyd edək ki, Avropa ittifaqının “EU 4Culture” proqramı çərçivəsində qurumun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 2021-ci ildə Mədəni inkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsi keçirilib. şərq tərəfdaşlığına aid olan 5 ölkənin 70 şəhərinin qatıldığı müsabiqədə ölkəmiz üzrə 3 qalib şəhərdən biri də Xırdalan şəhəridir.

“EU 4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiqi, şəhərlərin mədəniyyət potensialının realizə olunmasına yardım göstərilməsi, həmçinin regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verilməsidir.

AZəRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Abşeron Rayon icra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova həm şəhərin tarixində, həm də Azərbaycanın yerli özünüidarəetmə orqanları arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsinin Avropa ittifaqının “EU 4Culture” müsabiqəsinin qalibi seçilməsinin onun gələcək fəaliyyətində yeni nailiyyətlər üçün stimul verəcəyinə əminliyini bildirib. O, sərginin geniş auditoriyaya təqdim olunmasın və təbliğinin xüsusi tədbirlər planı əsasında keçiriləcəyini vurğulayıb.

isveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin təşkilində iştirak edən aidiyyəti qurumlara təşəkkürünü bildirərək, sərginin mahiyyəti və əhəmiyyəti haqqında danışıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Rəşad əliyev, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev və digər natiqlər sərginin iştirakçılarda maraq doğuracağına əminliklərini bildiriblər.

Sonra “Dayanıqlı moda - tekstilin gələcəyi” sərgisi izləyicilərin ixtiyarına verilib. Sərginin kuratoru Könül Rəhimova iştirakçılara hər eksponat haqqında ətraflı məlumat verib.

 https://azertag.az/xeber/Xirdalanda_Dayaniqli_moda___tekstilin_geleceyi_adli_sergi_achilib-2050787?fbclid=IwAR0b5L2Vt4VUT5Kz8FrpMrhcsw6rPQNgRBC9wUCWvnsH-HsgAcDm8-W3Rew

ŞƏRHLƏR